The Daily Baku
Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub
15 fevral 2026
16:02

Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub.
Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycanın və Serbiyanın Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim edildi.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/prezident-ilham-eliyevin-belqradda-resmi-qarsilanma-merasimi-olub
Şəkil Qalereyası

Böyüt

Böyüt

Böyüt

Böyüt

Böyüt

Böyüt

Böyüt

Böyüt