The Daily Baku
Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir
13 fevral 2026
23:22

Bizim çox üstünlüklərimiz var: coğrafiya, həm Qərbdə, həm də Şərqdə qonşularla sıx əlaqələr, elektrik enerjisinin artıqlığı, hazırlıqlı kadrlar və bir çox digər üstünlüklər. Buna görə də bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir.
"The Daily Baku" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibəsində səsləndirib.
Dövlətimizin başçısı qeyd edib: “Azərbaycanın öz təhlükəsizliyini və suverenliyini öz gücü ilə təmin etməsi nəzərə alınmaqla, təbii ki, ölkəmizin beynəlxalq nüfuzu daha da artıb”.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/prezident-bu-gun-azerbaycan-hem-serqde-hem-de-qerbde-ehtiyac-duyulan-olkedir