The Daily Baku
Prezident: Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb
4 may 2026
13:05

Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında bildirib.
İlk dəfə olaraq Ermənistana neft məhsullarımızı, benzin və dizel yanacağını tədarük etməyə başladığımızı vurğulayan dövlətimizin başçısı qeyd edib ki, indiyə qədər Ermənistana 12 min ton neft məhsulumuz ixrac edilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/prezident-azerbaycan-erazisinden-ermenistana-28-min-ton-yuk-catdirilib