The Daily Baku
Premyer Liqa: Təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu bu gün keçiriləcək
30 aprel 2026
10:02

Misli Premyer Liqasının XXI turunda təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu bu gün keçiriləcək.
Matç "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.
Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq.
Ağdam təmsilçisi çempionatda 59 xalla ikinci, Bakı klubu 44 xalla beşinci pillədə qərarlaşıb.
Xatırladaq ki, aprelin 26-da, XXIX turun oyununda "Qarabağ" rəqibini 5:1 hesabı ilə üstələyib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/premyer-liqa-texire-salinmis-neftci-qarabag-oyunu-bu-gun-kecirilecek