The Daily Baku
Portuqaliyalı mütəxəssis “Al-Nassr”lə yollarını ayırmağa hazırlaşır
16 may 2026
14:00

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun baş məşqçisi Jorji Jezuş mövsümün sonunda komandanı tərk edəcək.
"The Daily Baku" "A Bola" nəşrinə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis klubla müqaviləsinin müddətini uzatmaq barədə danışıqlara başlamamaq qərarına gəlib.
Təcrübəli baş məşqçinin gələcəkdə Portuqaliya millisinə rəhbərlik etmək niyyətində olduğu bildirilir.
Qeyd edək ki, J.Jezuş 2025-ci ildən "Əl-Nəsr"in baş məşqçisidir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/portuqaliyali-mutexessis-al-nassrle-yollarini-ayirmaga-hazirlasir