The Daily Baku
Polşa Ukraynanın dəstəyi ilə genişmiqyaslı PUA proqramına start verir
27 aprel 2026
14:03

Polşanın Baş naziri Donald Tusk ölkənin silahlı qüvvələrinin ehtiyacları üçün müasir pilotsuz uçuş aparatları (PUA) armadasının yaradılmasında Ukrayna ilə əməkdaşlıq etdiyini elan edib.
"The Daily Baku" "Interia Wydarzenia" nəşrinə istinadən xəbər verir ki, bu barədə o, "Ukraynanın bərpası üzrə Konfransa gedən yol: təhlükəsizlik və müdafiə ölçüsü" adlı tədbirdə bildirib.
"Bu gün Polşa təhlükəsizliyinin inkişafında yeni mərhələni sizinlə birgə açmaqdan qürur duyuram. Və fəxr edirəm ki, bu layihədə tərəfdaşımız bu gün səmada taleyi həll edən sahədə ən böyük təcrübəyə malik olan bir ölkədir", - o deyib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/polsa-ukraynanin-desteyi-ile-genismiqyasli-pua-proqramina-start-verir