SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Gündəm
  3. Politoloq: İran ətrafında hərbi eskalasiya Cənubi Qafqaz üçün də birbaşa risklər yarada bilər
Gündəm

Politoloq: İran ətrafında hərbi eskalasiya Cənubi Qafqaz üçün də birbaşa risklər yarada bilər

1 fevral 2026
15:43
Politoloq: İran ətrafında hərbi eskalasiya Cənubi Qafqaz üçün də birbaşa risklər yarada bilər

İranın ballistik raket proqramı ABŞ-ı narahat edən əsas məsələlərdən biri olaraq qalır. Eyni zamanda Tehranın Yaxın Şərqdə müxtəlif proksi qüvvələrə verdiyi dəstək də tərəflər arasında fikir ayrılıqlarını dərinləşdirən amillər sırasındadır. Məhz bu üç istiqamət – ballistik raketlər, nüvə proqramı və regional təsir alətləri  üzrə tərəflər hələ də ortaq mövqeyə gələ bilməyiblər.

Bu fikirləri "The DailyBaku"-ya politoloq, BMTM-in şöbə müdiri Mətin Məmmədli deyib.

M.Məmmədli qeyd edib ki, bütün bu ziddiyyətlərə baxmayaraq, ABŞ və İran arasında danışıqlar tam dayanmayıb və xüsusilə region ölkələrinin vasitəçiliyi ilə müəyyən diplomatik təmasların davam etdiyi müşahidə olunur. Lakin ekspertin fikrincə, xüsusilə nüvə proqramı ilə bağlı razılaşma əldə olunmasa, ABŞ-ın İrana qarşı hərbi zərbə endirməsi ehtimalı istisna edilmir.

"Belə bir qarşıdurma baş verərsə, İranın ABŞ-ın regiondakı hərbi bazalarını hədəfə alması real ssenari hesab oluna bilər. İran kifayət qədər güclü ballistik raket arsenalına, xüsusilə orta mənzilli raket potensialına malikdir və bu imkanlar Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinin, eləcə də ABŞ-ın müttəfiqlərinin ərazilərinin potensial hədəfə çevrilməsinə yol aça bilər”, – deyə o bildirib.

M.Məmmədlinin sözlərinə görə, regionda genişmiqyaslı münaqişənin başlanması ciddi siyasi və təhlükəsizlik riskləri yaradacaq və bu risklər təkcə Yaxın Şərqlə məhdudlaşmayacaq. Coğrafi yaxınlıq amili nəzərə alındıqda, belə bir eskalasiyanın Cənubi Qafqaza, o cümlədən Azərbaycan üçün də əlavə təhlükəsizlik çağırışları formalaşdıracağı istisna deyil.

Ekspert qeyd edib ki, bu səbəbdən region ölkələri, o cümlədən Azərbaycan, İran ətrafında mümkün hərbi eskalasiyanın baş verməsində maraqlı deyil: "Rəsmi Bakının mövqeyi aydındır: mövcud problemlər yalnız danışıqlar və diplomatik vasitələrlə həll olunmalıdır. Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyi İran tərəfi ilə təmaslarda ölkəmizin mövqeyini açıq şəkildə çatdıraraq, Azərbaycanın heç bir halda öz ərazisinin üçüncü tərəflər tərəfindən İrana qarşı istifadə olunmasına icazə verməyəcəyini bəyan edib."

M.Məmmədli əlavə edib ki, bu yanaşma Azərbaycanın uzun illərdir həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin tərkib hissəsidir və dəyişməz olaraq qalır. Onun fikrincə, genişmiqyaslı müharibə təkcə siyasi və hərbi təhlükələr yaratmaqla kifayətlənməz, həm də ciddi demoqrafik problemlərə səbəb ola bilər.

“İranda milyonlarla azərbaycanlı yaşayır və mümkün böyük qarşıdurma halında onların təhlükəsizlik məqsədilə üz tutacağı əsas ölkələrdən biri məhz Azərbaycan ola bilər”, – deyə politoloq vurğulayıb.

Sonda ekspert bildirib ki, bütün bu amillər İran ətrafında yaranan böhranın hərbi yolla deyil, məhz danışıqlar və diplomatik mexanizmlər vasitəsilə həllinin regionun sabitliyi və təhlükəsizliyi baxımından ən optimal yol olduğunu göstərir.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/politoloq-iran-etrafinda-herbi-eskalasiya-cenubi-qafqaz-ucun-de-birbasa-riskler-yarada-biler
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib