The Daily Baku
Pezeşkianın oğlu Müctəba Xameneinin səhhəti ilə bağlı şayiələri təkzib edib
11 mart 2026
12:22

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian İranın yeni ali lideri Müctəba Xameneinin səhhəti ilə bağlı şayiələri təkzib edib.
"The Daily Baku"nun TASS-a istinadən verdiyi məlumata görə, o bu barədə teleqram kanalında bildirib.
"Müctəba Xameneinin yaralanması barədə xəbərləri eşitdim. Onunla əlaqəli olan dostlarımdan soruşdum. Sağlam olduğunu və heç bir problem olmadığını söylədilər", - Y.Pezeşkian yazıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/pezeskianin-oglu-mucteba-xameneinin-sehheti-ile-bagli-sayieleri-tekzib-edib