The Daily Baku
Pezeşkian: Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir
20 aprel 2026
11:47

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Yaxın Şərqdə müharibə heç bir tərəfə fayda gətirmir və gərginliyin azaldılması üçün bütün diplomatik və rasional yollardan istifadə edilməsinə çağırıb.
Bu barədə İranın dövlət informasiya agentliyi "IRNA" məlumat yayıb.
"Müharibə heç kimin maraqlarına cavab vermir və təhdidlərə qarşı durarkən gərginliyin azaldılması üçün bütün rasional və diplomatik yollardan istifadə edilməlidir", - o qeyd edib.
Bununla yanaşı, Pezeşkian ABŞ və İsraillə münasibətlərdə "etibarssızlığın və sayıqlığın qorunmasının" zəruriliyini bəyan edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/pezeskian-yaxin-serqde-muharibe-tereflerin-maraqlarina-cavab-vermir