"İranın nüvə silahı istehsal etmək niyyəti yoxdur və bu baxımdan istənilən monitorinq tədbirlərini qəbul etməyə hazırdır".
"The Daily Baku" TASS-a istinadən xəbər verir ki, bunu iran Prezidenti Məsud Pezeşkian İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə xalqa ünvanladığı müraciətdə ifadə edib.
"Dünya və xalqımız qarşısında səmimiyik. Biz nüvə silahı yaratmaq istiqamətində addım atmırıq. Bu məsələni dəfələrlə bəyan etmişik və istənilən yoxlamaya hazırıq. Ancaq ABŞ və Avropa tərəfindən formalaşdırılan yüksək etimadsızlıq divarı bu danışıqların uğurla nəticələnməsinə əngəl törədir. İran onların ifrat tələbləri qarşısında geri çəkilməyəcək. Biz regionda sülh və sabitlik naminə qonşu dövlətlərlə dialoq aparırıq", - deyə İranın dövlət başçısı vurğulayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
