The Daily Baku
Peskov: Rusiya XİN ölkənin Sülh Şurasına daxil olması ilə bağlı mövqeyini hələ də formalaşdırır
26 fevral 2026
14:27

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ölkənin Sülh Şurasına daxil olması ilə bağlı mövqeyini hələ də formalaşdırır.
''The Daily Baku'' yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bəyan edib.
"XİN hələ də mövqeyini formalaşdırır. Bilirsiniz ki, bir sıra dövlətlərin, o cümlədən bizə dost olan ölkələrin mövqeyi kifayət qədər birmənalı deyil, bütün bunlar nəzərə alınır", - o deyib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/peskov-rusiya-xin-olkenin-sulh-surasina-daxil-olmasi-ile-bagli-movqeyini-hele-de-formalasdirir