The Daily Baku
Peskov: Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni raundu gələn həftə keçiriləcək
13 fevral 2026
13:58

Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni raundu gələn həftə keçiriləcək.
"The Daily Baku" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Kremlin danışıqların dəqiq tarixləri və yerini daha sonra açıqlayacağını qeyd edib.
Qeyd edək ki, "Politico" nəşri danışıqların Əbu-Dabi və ya Mayamidə keçiriləcəyi barədə məlumat yayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/peskov-rusiya-abs-ve-ukrayna-arasinda-danisiqlarin-yeni-raundu-gelen-hefte-kecirilecek