The Daily Baku
Peskov: Putin və Paşinyan arasında danışıqlar səhər yeməyi zamanı təkbətək davam etdiriləcək
1 aprel 2026
13:59

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya-Ermənistan danışıqlarından sonra ünsiyyəti işgüzar səhər yeməyi zamanı təkbətək formatda davam etdirəcəklər.
Bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Paşinyan Moskvada işgüzar səfərdədir. Səfər çərçivəsində ikitərəfli danışıqlar planlaşdırılıb.
"Bu gün Rusiya-Ermənistan danışıqları aparılacaq. Daha sonra iki lider işgüzar səhər yeməyi zamanı təkbətək formatda ünsiyyəti davam etdirəcəklər", - Peskov qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/peskov-putin-ve-pasinyan-arasinda-danisiqlar-seher-yemeyi-zamani-tekbetek-davam-etdirilecek