"Cenevrədə Ukrayna üzrə danışıqlar Əbu-Dabi raundları ilə müqayisədə daha geniş mövzu spektrini əhatə edəcək. Orada bütün əsas məsələlər, o cümlədən ərazilərə aid olanlar nəzərdən keçiriləcək".
"The Daily Baku" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu səbəbdən Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin danışıqlar prosesində iştirakı zəruridir.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni mərhələsi sabah İsveçrənin Cenevrə şəhərində keçiriləcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/peskov-cenevrede-eraziler-meselesi-gundemde-olacaq
