The Daily Baku
Pentaqon: ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək
24 yanvar 2026
09:49

Tehran nüvə silahı əldə etməyə cəhd göstərə bilər, amma Vaşinqton buna imkan verməyəcək.
"The Daily Baku"un məlumatına görə, bu barədə ABŞ-nin Milli Müdafiə Strategiyasının yeni redaktəsində bildirilir.
"ABŞ Prezidenti Donald Tramp dəfələrlə İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini açıq şəkildə bildirib. İran liderləri yenidən nüvə silahı əldə etməyə cəhd etmə imkanını açıq qoyublar", - Pentaqon tərəfindən dərc edilən sənəddə deyilir.
Pentaqon həmçinin iddia edib ki, Tehran konstruktiv danışıqlardan imtina edir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/pentaqon-abs-iranin-nuve-silahi-elde-etmesine-imkan-vermeyecek