The Daily Baku
Paşinyanın partiyası ABŞ və İranla balanslı siyasət yürütdüklərini açıqlayıb
22 yanvar 2026
12:09

Ermənistan ABŞ və İranla münasibətlərində balanslı siyasət yürüdür.
"The Daily Baku" “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan ABŞ-ın İranla əməkdaşlıq edən bütün ölkələrə 25 faiz gömrük rüsumu tətbiq etməsi ilə bağlı suala münasibət bildirərkən deyib.
O qeyd edib ki, Ermənistan hər iki tərəf ilə əlaqələrini diqqətlə tarazlayır.
“Bu gün ABŞ-la birgə hansı proqramları həyata keçirdiyimizi də bilirsiniz, İranla münasibətlərimizin hansı səviyyədə olduğunu da. Ümid edirəm ki, hər iki tərəfdaşımızla münasibətlərdə eyni məntiqə əsaslanan bu siyasəti davam etdirəcəyik”, – Ovannisyan vurğulayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/pasinyanin-partiyasi-abs-ve-iranla-balansli-siyaset-yurutduklerini-aciqlayib