Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 8-dən məzuniyyətə çıxır.
"The Daily Baku" Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bunu hökumətin iclasında elan edib.
Paşinyan seçkiqabağı kampaniyada iştirak etmək üçün məzuniyyətə çıxdığını bildirib.
İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı seçkiqabağı kampaniyaya bu gün start verilir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/pasinyanin-mezuniyyet-proqrami-melum-olub
