The Daily Baku
Paşinyan Rusiyanın Ermənistan yük maşınlarına qadağa tətbiq etdiyini təsdiqləməyib
23 aprel 2026
14:09

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiyanın Ermənistandan kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının ölkəyə girişinə mane olması barədə qərar qəbul etməsi haqqında heç bir məlumatı yoxdur.
"The Daily Baku" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
"Ən azından, hazırkı məqamda bizdə belə bir rəsmi məlumat yoxdur", - o deyib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) danışan Paşinyan bir daha vurğulayıb ki, Ermənistan bu struktur çərçivəsində fəaliyyətini aktivləşdirmək üçün addımlar atmaq niyyətində deyil.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/pasinyan-rusiyanin-ermenistan-yuk-masinlarina-qadaga-tetbiq-etdiyini-tesdiqlemeyib