The Daily Baku
Paşinyan: Gürcüstanın dəstəyi regionda ticarət və sülh əməkdaşlığını gücləndirir
4 mart 2026
12:15

Gürcüstanın dəstəyi regionda üçtərəfli iqtisadi əməkdaşlığı gücləndirir.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə keçirdikləri Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclasından sonra səsləndirib.
O qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh Cənubi Qafqaz regionunda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir. Baş nazir Gürcüstanın bu prosesə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/pasinyan-gurcustanin-desteyi-regionda-ticaret-ve-sulh-emekdasligini-guclendirir