The Daily Baku
Paşinyan: Ermənistanda Rusiya hərbi bazasının bağlanması gündəmdə deyil
26 fevral 2026
11:52
.jpg)
Ermənistan ölkənin ərazisində fəaliyyət göstərən Rusiyanın hərbi bazasını bağlamağı planlaşdırmır.
"The Daily Baku" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Polşada bəyan edib.
"Rusiyanın hərbi bazasının (Gümrüdə - red.) mövcudluğu ilə bağlı heç bir planımız, proqramımız və ya narahatlığımız yoxdur. Biz Rusiyanın yaxın tərəfdaşlarıyıq, çox sıx iqtisadi və siyasi əlaqələrimiz var", - N.Paşinyan deyib.
Onun sözlərinə görə, bu gün İrəvan və Moskva arasındakı münasibətlər transformasiya mərhələsindən keçir: "Hazırda biz Rusiya ilə yeni münasibətlər formalaşdırırıq".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/pasinyan-ermenistanda-rusiya-herbi-bazasinin-baglanmasi-gundemde-deyil