Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin Ermənistana mal ixracının rəsmiləşdirilməsi qaydalarını dəyişdirəcəyini bəyan edib.
Bu barədə "The Daily Baku" Ermənistan mediasına istinadən xəbər verir.
Onun sözlərinə görə, əvvəllər Türkiyə mallarının birbaşa Ermənistana göndərilmək üçün rəsmi qaydada sənədləşdirilməsu mümkün deyildi. Buna görə də onlar üçüncü ölkələrə göndərilir, sonra isə Ermənistana çatdırılırdı.
"Ermənistanda Türkiyə istehsalı olan çoxlu mal var və bu, əlavə proses idi: bu mallar başqa ölkəyə aparılır, emal edilir, sonra isə Ermənistana tədarük edilirdi", - Paşinyan deyib.
Baş nazir qeyd edib ki, indi Türkiyə sənədlərdə Ermənistanın birbaşa çatdırılma ölkəsi kimi göstərilməsinə icazə verəcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
