Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusu dərəyə aşıb, nəticədə azı 24 nəfər ölüb, 8 nəfər yaralanıb.
''The Daily Baku'' xəbər verir ki, bu barədə "Dawn" nəşrinə Şerani dairəsi komissarının müavini Valixan Kakar bildirib.
Onun sözlərinə görə, hadisədən dərhal sonra rayon administrasiyasının xilasetmə qrupları və təcili tibbi yardım maşınları qəza yerinə çatıblar.
"Xilasetmə işləri davam edir, yaralananlar xəstəxanaya çatdırılır", - o qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/pakistanda-qeza-neticesinde-olenlerin-sayi-40-a-yukselib
