The Daily Baku
Pakistanda bazarda baş verən partlayışda polis və mülki şəxslər həlak olub
12 may 2026
14:41

Pakistanın şimal-qərbindəki Lakki-Marvat şəhərində bazarda baş verən partlayış nəticəsində yeddi nəfər həlak olub.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli polisə istinadən məlumat yayıb.
"Yeddi nəfər, o cümlədən iki polis əməkdaşı və beş mülki şəxs Lakki-Marvatdakı bazarda baş verən partlayış nəticəsində həlak olub", - agentliyin məlumatında bildirilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/pakistanda-bazarda-bas-veren-partlayisda-polis-ve-mulki-sexsler-helak-olub