The Daily Baku
Pakistan XİN vətəndaşlarına İrana zəruri olmayan səfərlərdən çəkinməklə bağlı xəbərdarlıq edib
10 yanvar 2026
13:25

Pakistan Xarici İşlər Nazirliyi vətəndaşlarına İrana zəruri olmayan səfərlərdən çəkinməklə bağlı xəbərdarlıq edib.
"The Daily Baku" xəbər verir ki, bu barədə Nazirliyin "X" hesabında yazılıb.
Bildirilib ki, təhlükəsizliklərini təmin etmək məqsədilə Pakistan vətəndaşlarına şərait yaxşılaşana qədər İran İslam Respublikasına bütün zəruri olmayan səfərlərdən çəkinmələri tövsiyə olunur.
Hazırda İranda yaşayan Pakistan vətəndaşları isə son dərəcə ehtiyatlı olmağa, ayıq-sayıq davranmağa, vacib olmayan səfərləri minimuma endirməyə və aşağıda göstərilən əlaqə məlumatları vasitəsilə Pakistanın diplomatik nümayəndəlikləri ilə mütəmadi əlaqədə qalmağa çağırılıb.
Xatırladaq ki, İranda iki həftədir mövcud siyasi idarəçiliyin əleyhinə kütləvi etiraz aksiyaları keçirilir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/pakistan-xin-vetendaslarina-irana-zeruri-olmayan-seferlerden-cekinmekle-bagli-xeberdarliq-edib