The Daily Baku
Pakistan ABŞ–İran arasında olan danışıqlara ev sahibliyi edə bilər
6 may 2026
17:36

Pakistan gələn həftə ABŞ və İran arasında keçiriləcək ikinci danışıqlar raunduna ev sahibliyi etməyə hazırlaşır. Bu barədə Anadolu agentliyi mənbələrə istinadən məlumat yayıb.
"The Daily Baku" bildirir ki, İslamabad tərəflərin ABŞ Prezidenti Donald Trampın Çin səfərindən əvvəl ilkin razılaşmaya nail olmasını istəyir.
Eyni zamanda, Donald Tramp İranın razılaşma şərtlərini yerinə yetirməsi halında Hörmüz boğazının açılmasına hazır olduğunu bildirib. Axios isə ABŞ və İran arasında mümkün çərçivə planının 30 günlük nüvə sazişi və sanksiyaların yumşaldılması üzrə danışıqlara yol aça biləcəyini yazıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/pakistan-absiran-arasinda-olan-danisiqlara-ev-sahibliyi-ede-biler