The Daily Baku
Pakistan 400 km mənzilli "Fatah-2" çoxnövlü raket sistemini uğurla sınaqdan keçirib
29 aprel 2026
11:49

Pakistan İslam Respublikasında hazırlanmış və 400 km mənzilli "Fatah-2" çoxnövlü raket sistemini uğurla sınaqdan keçirib.
Bu barədə Pakistan Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.
Qeyd olunub ki, qabaqcıl avionika və müasir naviqasiya sistemləri ilə təchiz olunmuş raket sisteminin uğurlu təlim sınağı raket qüvvələrinin döyüş qabiliyyətlərini artırmağa yönəlib.
"Dəqiqliyi və davamlılığı artırmaq üçün daxil edilmiş bir sıra altsistemlərin müxtəlif texniki parametrləri və xüsusiyyətləri yoxlanılıb", - deyə məlumatda qeyd olunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/pakistan-400-km-menzilli-fatah-2-coxnovlu-raket-sistemini-ugurla-sinaqdan-kecirib