Azərbaycanda 2025-ci ildə ölkə üzrə təbii qazın istehlakı 13 milyard 240 milyon 554 min 327 kubmetr təşkil edib.
Bu barədə SOCAR-ın 2025-cü ilin yekunlarına dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.
Məlumata görə, təbii qaz istehlakı 2024-cü ilin nəticələri ilə müqayisədə 3,1 % azdır.
"Ölkə daxilində təbii qaz sərfiyyatının azalmasına səbəb elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payının artmasıdır", - SOCAR bildirir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/oten-il-azerbaycanda-qaz-istehlaki-13-milyard-kubmetri-otub
