Rusiyanın gecə saatlarında Odessaya hücumu nəticəsində həlak olanların sayı doqquz nəfərə çatıb, daha 23 nəfər yaralanıb.
"The Daıly Baku" xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper teleqram kanalında məlumat verib.
"Təəssüf ki, Odessanın gecə atəşə tutulması nəticəsində 9 nəfərin həlak olması təsdiqlənib, daha 23 nəfər yaralanıb. Məlumat dəqiqləşdirilir", – Kiper yazıb.
Məlumata görə, Rusiya qoşunları pilotsuz uçuş aparatları vasitəsilə Xarkov vilayətinin Merefa şəhərinə hücum edib.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov isə bildirib ki, zərbə nəticəsində bir qadın həlak olub, onun yaşı dəqiqləşdirilir. Daha altı nəfər yaralanıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/odessada-hucum-9-neferin-heyatina-son-qoydu
