Nyu-Yorkun keçmiş meri Rudi Culiani ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bu barədə onun mətbuat katibi Ted Qudman məlumat verib.
"Culiani döyüşçüdür, o həyatında bütün sınaqları güclü şəkildə qarşılayıb və eyni güclə də mübarizə aparır", - deyə mətbuat katibi sosial şəbəkə hesabında yazıb.
ABŞ Prezidenti Donald Tramp da sosial şəbəkə hesabında keçmiş hüquqşünası və müşavirinin xəstəxanaya yerləşdirilməsinə münasibət bildirib: "Əsl döyüşçü və Nyu-York şəhəri tarixinin ən yaxşı meri olan Rudi Culiani xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır".
Xəbərdə bildirilir ki, 81 yaşlı sabiq merin xəstəxanalıq olmasının səbəbi açıqlanmayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/nyu-yorkun-kecmis-meri-agir-veziyyetde-xestexanaya-yerlesdirildi
