The Daily Baku
Nvidia "H200" çip komponentləri təchizatçıları istehsalı dayandırıblar
17 yanvar 2026
08:41
.jpg)
Nvidia "H200" çip komponentləri təchizatçıları Çinin qərarına görə istehsalı dayandırıblar
"The Daily Baku" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Buna səbəb Çin gömrük orqanlarının bu yaxınlarda təsdiqlənmiş süni intellekt prosessorlarının ölkəyə idxalını bloklaması olub.
Nəşr vəziyyətlə tanış olan iki mənbəyə istinadən qeyd edib ki, sözügedən hissələr xüsusilə "H200" çipləri üçündür. "Nvidia" şirkəti isə hələlik jurnalistlərin sorğuları ilə bağlı rəsmi şərh verməyib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/nvidia-h200-cip-komponentleri-techizatcilari-istehsali-dayandiriblar