The Daily Baku
Norveç və Ukrayna zərbə dronlarının birgə istehsalına başlayır
27 aprel 2026
14:34

Ukrayna və Norveç Ukraynanın "mid-strike" pilotsuz uçuş aparatlarının birgə istehsalına başlayacaq.
"The Daily Baku" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin saytında bildirilib.
Müvafiq sazişi Kiyevdə Norveçin Ukraynadakı səfiri Lars Raqnar Aalerud Hansen və Ukrayna müdafiə nazirinin müavini Sergey Boyev imzalayıblar.
Məlumata görə, Norveç ərazisində bir neçə min ədəd "mid-strike" dronunun istehsalı planlaşdırılır.
Layihə Norveç tərəfindən 2026-cı ildə Ukraynaya əvvəlcədən nəzərdə tutulmuş 7 milyard dollarlıq müdafiə dəstəyinə əlavə olaraq yönəldilən vəsait hesabına maliyyələşdiriləcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/norvec-ve-ukrayna-zerbe-dronlarinin-birge-istehsalina-baslayir