Norveç parlamenti vəliəhd şahzadə Mette-Marit ətrafındakı qalmaqal fonunda monarxiyanın saxlanılmasına səs verib.
"The Daily Baku" xəbər verir ki, bu barədə Norveçin NRK teleradio şirkəti məlumat yayıb.
"Norveç parlamenti çərşənbə axşamı monarxiyanın idarəetmə forması kimi saxlanılmasına səs verib", - məlumatda bildirilib.
Hazırkı idarəetmə formasının saxlanılmasına 141, respublika qurulmasına isə 26 səs verilib.
Norveç KİV-in məlumatına görə, Oslo Dairə Məhkəməsi yeni ittihamlarla saxlanılması və işi üzrə fevralın 3-də gözlənilən məhkəmə fonunda Norveç vəliəhd şahzadəsinin böyük oğlu Marius Borq Heybi barəsində martın 2-nə dək - dörd həftə müddətinə ilkin həbs qərarı çıxarıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/norvec-parlamenti-monarxiyanin-saxlanilmasina-ses-verib
.webp)