Hörmüz boğazı hərbi əməliyyatla açılmayacaq.
"The Daily Baku" ISNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Əli Nikzad deyib.
"Hörmüz boğazı hərbi əməliyyatla açılmayacaq, biz təslim olmayacağıq", - o bildirib.
İran parlamentinin sədr müavini bildirib ki, xalq ABŞ-yə güclü zərbə vurub:
"Dünya heç bir təzyiq altında təslim olmayan bir güclə üz-üzə gəldiyini qəbul etməlidir. İran Amerikanı və İsraili çıxılmaz bataqlığa sürükləyib. Silahlı qüvvələrimiz Amerikaya tarix və coğrafiya dərsi keçib".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/nikzad-bogazin-acilmasinin-sulh-yolu-ile-olacagini-deyib
