The Daily Baku
Nikolas Cekson icarə müqaviləsi bitdikdən sonra London klubuna geri qayıdır
22 aprel 2026
17:39

Almaniyanın "Bavariya" klubunun hücumçusu Nikolas Cekson icarə müddəti başa çatdıqdan sonra, yayda "Çelsi"yə (İngiltərə) qayıdacaq.
"The Daily Baku" İnsider Florian Plettenberqə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi və baş məşqçi Vensan Kompani futbolçunun oyunundan razı olsalar da, transferlə bağlı hələlik danışıqlar aparılmır.
Tərəflər arasında yeni icarə müqaviləsi və ya daimi transferlə bağlı müzakirə getmir. Hazırda digər klubların da maraq dairəsində olan 24 yaşlı forvardın mövsümün sonunda London təmsilçisinə dönməsi planlaşdırılıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/nikolas-cekson-icare-muqavilesi-bitdikden-sonra-london-klubuna-geri-qayidir