The Daily Baku
Netanyahu İsrail ordusuna Beyrutun cənubundakı hədəflərə hücum əmri verib
1 iyun 2026
11:29

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Ordusuna Beyrutun cənubundakı Dahiyə rayonundakı obyektlərə zərbələr endirilməsi barədə göstəriş verib.
"The Daily Baku" xəbər verir ki, bu barədə B.Netanyahu "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Onun sözlərinə görə, qərar "Hizbullah"ın Livandakı atəşkəs rejimini dəfələrlə və davamlı şəkildə pozmasına, həmçinin İsrail şəhərlərinə və vətəndaşlarına hücumlarına cavab olaraq qəbul edilib.
"Mən İsrail ordusuna və müdafiə naziri İsrael Katsa Beyrutun Dahiyə rayonundakı terror obyektlərinə zərbələr endirməyi tapşırdım", - B.Netanyahu qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/netanyahu-israil-ordusuna-beyrutun-cenubundaki-hedeflere-hucum-emri-verib