The Daily Baku
Nəriman Axundzadə "Kolambus Kryu"nun heyətində ABŞ Kuboku oyununda iştirak edib
30 aprel 2026
10:48

Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" komandasının heyətində növbəti oyununu keçirib.
22 yaşlı hücumçu ölkə kubokunun 1/8 finalında, "One Knoxville" ilə matçda meydanda olub.
Qarşılaşmaya start heyətində başlayan forvard sonadək əvəzlənməyib. Görüş "Kolambus Kryu"nun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, Nəriman Axundzadə fevralda MLS təmsilçisi ilə anlaşıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/neriman-axundzade-kolambus-kryunun-heyetinde-abs-kuboku-oyununda-istirak-edib