The Daily Baku
Nərgiz Məhəmmədi ilə bağlı məhkəmə qərarı icra olunub
11 may 2026
15:09

Güney azərbaycanlı siyasi fəal, Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi sağlamlıq durumu ilə bağlı artan narahatlıqlar fonunda girov müqabilində həbsxanadan zaminə buraxılıb.
"The Daily Baku" bildirir ki bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Nərgiz Məhəmmədinin fondundan bildirilib ki, o, Zəncandakı xəstəxanada 10 gün qaldıqdan sonra şərti cəza və böyük girov müqabilində azad edilib və təcili yardımla Tehrandakı xəstəxanaya aparılıb.
Tərəfdarları daha əvvəl N.Məhəmmədinin həbsdə olarkən iki dəfə infarkt keçirdiyini bildirmişdilər.
"Nərgiz Məhəmmədinin həyatı təhlükədədir", - deyə onun həyat yoldaşı Tağı Rəhmani açıqlama vermişdi.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/nergiz-mehemmedi-ile-bagli-mehkeme-qerari-icra-olunub