Nepalın mərkəzi hissəsində sərnişin avtobusu çaya düşüb, 18 nəfər həyatını itirib.
"The Daily Baku" xəbər verir ki, bu barədə The Kathmandu Post qəzeti məlumat yayıb.
Avtobusun naməlum səbəbdən Trişuli çayına düşdüyü qeyd edilib.
Avtobusda 35-dən çox sərnişin olub. Ölənlərin sayı 18 nəfərə çatıb. 25 yaralı xəstəxanaya çatdırılıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/nepalda-avtobus-qezasi-18-nefer-heyatini-itirdi
