Misli Premyer Liqasının XXI turundan təxirə salınan "Neftçi" – "Qarabağ" matçının təyinatları məlum olub.
Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq. Ona Rəhman İmami və Müslüm Əliyev kömək göstərəcəklər.
Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. VAR-da Elçin Məsiyev, AVAR-da Elşad Abdullayev əyləşəcək.
Xatırladaq ki, "Neftçi" - "Qarabağ" oyunu aprelin 30-da "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/neftci-qarabag-matcina-hakim-teyinatlari-aciqlanib
