The Daily Baku
Neft ixracı üçün alternativ boru kəmərinin istismarı gündəmdədir
15 may 2026
14:52

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2027-ci ildə Hörmüz boğazından yan keçməklə neft ixracı üçün yeni boru kəməri istismara verməyi planlaşdırır.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.
Qeyd olunub ki, neft kəməri Əl-Füceyra limanına çəkiləcək. Layihənin həyata keçirilməsi "Abu Dhabi National Oil Co." dövlət şirkətinə neft tədarükünü 2 dəfə artırmağa imkan verəcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/neft-ixraci-ucun-alternativ-boru-kemerinin-istismari-gundemdedir