The Daily Baku
NATO və ABŞ arasında koordinasiyanın gücləndirilməsi əsas mövzulardan biri ola bilər
19 iyun 2026
13:50

NATO-nun baş katibi Mark Rütte iyunun 23-dən 25-dək Vaşinqtonda səfərdə olacaq.
"The Daily Baku" xəbər verir ki, bu barədə "İnterfaks" NATO-nun mənzil-qərargahının mətbuat xidmətinə istinadən məlumat yayıb.
"İyunun 24-də baş katib Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək. Onun həmçinin administrasiyanın yüksək vəzifəli nümayəndələri ilə də görüşü baş tutacaq", - NATO-nun məlumatında bildirilir.
Bundan başqa, Rütte Vaşinqtondan onlayn rejimdə E5 qrupunun müşavirəsində iştirak edəcək.
İyunun 25-də NATO-nun baş katibi Konqres üzvləri ilə görüşəcək və Atlantika Şurasının təşkil edəcəyi müzakirələrə qatılacaq.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/nato-ve-abs-arasinda-koordinasiyanin-guclendirilmesi-esas-movzulardan-biri-ola-biler