NATO Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsini təyin edib

NATO Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsini təyin edib.
"The Daily Baku"nun NATO-ya istinadən məlumatına görə, bunu Alyansın baş katibinin müavini Radmila Şekerinska Bakıda Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşü zamanı bildirib.
"Radmila Şekerinska NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsinin təyin olunduğunu və onun yaxın zamanda vəzifəsinin icrasına başlayacağını elan edib", - məlumatda bildirilib.
Eyni zamanda, görüş zamanı R.Şekerinska Azərbaycanın Avropanın, o cümlədən Ukraynanın enerji müstəqilliyinə töhfəsini yüksək qiymətləndirib və qaz ixracının bir sıra NATO müttəfiqlərinin enerji müstəqilliyini gücləndirdiyini vurğulayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.