"Yuventus" Manuel Lokatelli ilə müqaviləni 2030-cu ilədək uzatmağı planlaşdırır

"Yuventus" yarımmüdafiəçisi Manuel Lokatellini komandada saxlamaq niyyətindədir.
"The Daily Baku" "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, Turin klubu futbolçu ilə müqavilənin müddətini uzadacaq.
Tərəflər arasında imzalanacaq yeni sözləşmə 2030-cu il iyunun 30-na qədər qüvvədə olacaq.
Yeni müqaviləyə əsasən, oyunçunun illik məvacibi 4 milyon avroya qədər artırılacaq. "Yuventus" bu addımla yarımmüdafiəçiyə cari mövsümdəki çıxışına görə minnətdarlığını ifadə etmək istəyir.
Qeyd edək ki, Manuel Lokatelli 2023-cü ildə "Sassuolo"dan 36 milyon avro qarşılığında Turin təmsilçisinə keçib. Onun hazırkı müqaviləsinin müddəti 2028-ci il iyunun 30-dək nəzərdə tutulub. Yarımmüdafiəçi cari mövsümdə "Yuventus"un forması ilə çıxdığı 36 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.