SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Multikulturalizm
  3. Multikulturalizm Mərkəzində Beynəlxalq Ana Dili Günü qeyd olunub
Multikulturalizm

Multikulturalizm Mərkəzində Beynəlxalq Ana Dili Günü qeyd olunub

20 fevral 2026
16:22
Multikulturalizm Mərkəzində Beynəlxalq Ana Dili Günü qeyd olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Talış icması ilə birgə 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən "The Daily Baku"ya bildirilib.

Qeyd edək ki, 1999-cu ildə UNESCO tərəfindən elan olunan və 2000-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilən Beynəlxalq Ana Dili Günü inklüzivliyin təşviqində və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında əhəmiyyətli rol oynayır.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, ana dili hər bir xalqın milli kimliyinin, mənəvi dəyərlərinin və xalq yaddaşının əsas daşıyıcısıdır. Rəvan Həsənov qeyd edib ki, Azərbaycan tarixən müxtəlif xalqların sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı multikultural məkandır. Ölkəmizdə yaşayan bütün etnik icmaların ana dillərinin qorunması, öyrənilməsi və inkişafı üçün əlverişli şərait yaradılıb. Təhsil, mədəniyyət və media sahəsində bu dillərin istifadəsi və təbliği istiqamətində mühüm addımlar atılır. Onu da diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında dil siyasəti ümummilli maraqlara əsaslanır və bu istiqamətdə həyata keçirilən tədbirlər ölkə rəhbərliyinin ardıcıl və məqsədyönlü siyasətinin tərkib hissəsidir.

BBMM-in bu istiqamətdə fəaliyyətinə toxunan Rəvan Həsənov bildirib ki, Mərkəz müxtəlif xalqların ana dillərinin, mədəniyyətinin, adət və ənənələrinin yaşadılması, xüsusilə də gənc nəslə tanıdılması məqsədilə mütəmadi olaraq elmi-praktik konfranslar, dəyirmi masalar, təqdimatlar və maarifləndirici layihələr həyata keçirir. Bu təşəbbüslər xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, mədəni müxtəlifliyin qorunmasına və cəmiyyətdə tolerantlıq mühitinin daha da gücləndirilməsinə xidmət edir.

Talış İcmasının ağsaqqalı, professor İmamverdi Həmidov ana dilinin hər bir xalq üçün müqəddəs mənəvi sərvət olduğunu bildirib. O qeyd edib ki, ana dili insanın dünyaya baxışını formalaşdıran, onun milli kimliyini və mənsubiyyət hissini gücləndirən əsas amildir.  Professor İmamverdi Həmidov bildirib ki, Azərbaycanda yaşayan talışlar hər zaman ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak ediblər və bu gün də dövlətin yaratdığı əlverişli şəraitdən faydalanaraq öz ana dillərini, folklor irsini, adət və ənənələrini yaşadırlar. O vurğulayıb ki, gənclərin öz ana dilini bilməsi onların milli köklərinə bağlılığını gücləndirir, eyni zamanda onları ümummilli dəyərlər ətrafında daha sıx birləşdirir. Professor İmamverdi Həmidov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşəbbüslərini yüksək qiymətləndirərək bildirib ki, belə platformalar müxtəlif xalqların nümayəndələrinin bir araya gəlməsinə, fikir mübadiləsi aparmasına və ortaq dəyərlər əsasında dialoqun inkişafına mühüm töhfə verir.

Tədbirdə digər çıxış edənlər də ana dilinin qorunmasının əhəmiyyətindən, Azərbaycanın multikultural dəyərlərinin möhkəmləndirilməsində dil faktorunun rolundan danışıblar. Qeyd ediblər ki, Beynəlxalq Ana Dili Gününün qeyd olunması təkcə dillərin qorunması deyil, həm də mədəni müxtəlifliyin təşviqi, qarşılıqlı hörmət və birgəyaşayış ənənələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirin sonunda musiqiçilərin, məktəblilərin ifasında talış dilində şeirlər, mahnılar səsləndirilib. Məktəblilərə diplomlar verilib. İştirakçılara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən talış dilində çap olunmuş görkəmli Azərbaycan yazıçısı Qurban Səidin “Əli və Nino” və “XX-XXI əsr Talış poeziya antologiyası” kitabları hədiyyə edilib.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/multikulturalizm-merkezinde-beynelxalq-ana-dili-gunu-qeyd-olunub

Şəkil Qalereyası

Multikulturalizm Mərkəzində Beynəlxalq Ana Dili Günü qeyd olunub
Böyüt
Multikulturalizm Mərkəzində Beynəlxalq Ana Dili Günü qeyd olunub
Böyüt
Multikulturalizm Mərkəzində Beynəlxalq Ana Dili Günü qeyd olunub
Böyüt
Multikulturalizm Mərkəzində Beynəlxalq Ana Dili Günü qeyd olunub
Böyüt
Multikulturalizm Mərkəzində Beynəlxalq Ana Dili Günü qeyd olunub
Böyüt
Multikulturalizm Mərkəzində Beynəlxalq Ana Dili Günü qeyd olunub
Böyüt
Multikulturalizm Mərkəzində Beynəlxalq Ana Dili Günü qeyd olunub
Böyüt
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib