The Daily Baku
Moskvada binada yanğın nəticəsində ölənlər və yaralananlar var
28 aprel 2026
14:10

Moskvanın şimalında tikilməkdə olan binada baş verən yanğında üç nəfər həlak olub, yeddi nəfər xəsarət alıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
"31 nəfər xilas edilib, onlardan yeddisi xəsarət alıb", - qurumdan bildirilib.
Binanın ikinci mərtəbəsindən insanların xilas edilməsi davam edir.
Yanğının söndürülməsinə 120-dən çox insan və 30 vahid texnika cəlb olunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/moskvada-binada-yangin-neticesinde-olenler-ve-yaralananlar-var