Rusiyanın Baş naziri Mixail Mişustin ermənistanlı həmkarı Nikol Paşinyanla ikitərəfli ticari-iqtisadi qarşılıqlı fəaliyyətin aktual məsələlərini müzakirə edib.
''The Daily Baku'' Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkə hökumətinin mətbuat xidməti yayıb.
"Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustin ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub", - məlumatda bildirilib.
Baş nazirlər ticari-iqtisadi, elmi-texnoloji və mədəni-humanitar sahələrdə Rusiya-Ermənistan qarşılıqlı fəaliyyətinin aktual məsələlərini müzakirə ediblər.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/moskva-ve-irevan-iqtisadi-gundemi-nezerden-kecirib
