Gəmi Hörmüz boğazında saya oturub və İran tərəfindən razılaşdırılmayan marşrutla hərəkət etməsi səbəbindən hərəkətini davam etdirə bilməyib.
''The Daily Baku'' xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
Dəyən ziyanın miqyası hələ müəyyən edilməyib.
Qeyd olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bütün dünyadakı gəmi kapitanlarına, gəmi sahiblərinə və gəmiçilik şirkətlərinin vəzifəli şəxslərinə Hörmüz boğazından keçidin İran tərəfi ilə razılaşdırılmalı olduğu barədə dəfələrlə xəbərdarlıq edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/hormuzde-marsrutdan-yayinan-gemi-hereketsiz-qalib
