Moskva regionu istiqamətində 430-dan çox pilotsuz uçuş aparatı (PUA) uçub, onların böyük bir qismi məhv edilib.
''The Daily Baku'' Rusiya mediasına istinadən xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin bidirib.
"Axşam saatlarından səhər saat 6-ya qədər Moskva regionu istiqamətində 430-dan çox pilotsuz uçuş aparatı uçub. Böyük hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib", - məlumatda qeyd olunub.
O, həmçinin bildirib ki, 36 PUA Moskvaya yaxınlaşarkən məhv edilib.
Moskva aviasiya qovşağının hava limanları reyslərə razılaşdırılmış qrafik əsasında xidmət göstərmə rejiminə keçib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyindən bildirildiyi kimi iyulun 6-sı axşam saatlarından iyulun 7-si səhərədək Ukraynaya məxsus 452 PUA Moskva regionu üzərində ələ keçirilib və məhv edilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
