The Daily Baku
"Moody`s": Azərbaycanda ÜDM artımı 2026-cı ildə 3 % təşkil edəcək
21 yanvar 2026
18:37

"Moody`s" beynəlxalq reytinq agentliyi Azərbaycanın ÜDM-nin artımının 2026-cı ildə 3 %-ə qədər sürətlənəcəyini proqnozlaşdırır.
"The Daily Baku" reytinq agentliyinin proqnozlarına istinadən xəbər verir ki, "Moody`s"in qiymətləndirmələrinə görə, Azərbaycanın ÜDM-i 2025-ci ildə 1,5 % artıb.
Agentlik 2027-ci ildə Azərbaycanın iqtisadi artımının 2,5 % təşkil edəcəyini gözləyir.
Beləliklə, agentliyin qiymətləndirmələrinə görə, 2026-2027-ci illərdə Azərbaycanın ÜDM-nin orta illik artımı 2,75 %-ə bərabər olacaq.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə iqtisadiyyatı 2025-ci ildə 1,4 % artıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/moodys-azerbaycanda-udm-artimi-2026-ci-ilde-3-teskil-edecek