Xorvatiyalı futbolçu Luka Modriç daha bir mövsüm İtaliyanın "Milan" klubunda çıxış edəcək.
"The Daily Baku" "La Gazzetta dello Sport"a istinadən xəbər ki, 40 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddətinin 2026/2027 mövsümünün sonunadək uzadılması seçimi aktivləşəcək.
Rəsmi açıqlamanın bu il keçiriləcək dünya çempionatından sonra veriləcəyi gözlənilir. Modriç yenidən UEFA Çempionlar Liqasında oynamaq və karyerasını "Milan" kimi böyük klubda bitirmək niyyətindədir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/modric-karyerasini-milanda-davam-etdirecek
